NPA auksionu idman və istirahət üçün motosikletlərin və idman avadanlıqlarının onlayn satışında bazar lideridir.

Şirkət 1990-cı ildə fəaliyyətə başlamış, dilerlər tərəfindən yaradılmış və dilerlər üçün nəzərdə tutulmuşdur. NPA Auksionu 2017-ci ildə Copart şirkətlər qrupu tərəfindən alınıb.

ABŞ-da hər il təxmi olaraq 700.000 yeni motosiklet və idman avadanlığı satılır. İşlənmiş motosiklet və idman avadanlıqları nəzərə alınarsa, bu rəqəm üç qat artıq olur və məlum olur ki, ABŞ-da hər il təxminən 2 milyona yazın motosiklet və aktiv istirahət üçün digər avadanlıqlar satılır.

Statistik məlumatlara görə, hazırda ABŞ-da təxminən 10 milyon motosiklet istifadə olunur. Bu, ABŞ bazarını işlənmiş motosikletlər üçün ən böyük bazara çevirir. NPA auksionları işlənmiş motosiklet almaq üçün ən sərfəli yollardan biridir.

Hər ay San Dieqo, Filadelfiya, Madison, Dallas, Sinsinnati və Atlantada auksiinlar(hərraclar) keçirilir.