Ən geniş auksionlar şəbəkəsi, ən böyük alıcı bazası və hərrac iştirakçıları arasında ən yüksək qazancı olan Insurance Auto Auctions, Inc (IAAI) şirkətidir və Şimali Amerikada istismardan çıxarılan avtomobillərin satışında liderdir. Əsas istiqaməti istismardan çıxarılan nəqliyyat vasitələrinin satışı sahəsində cəmlınir. Şirkətimizin ABŞ və Kanadanın müxtəlif yerlərindəki 150 salonunda satıcılar və alıcılar müxtəlif kateqoriyalı kirayə avtomobillərin qeydiyyatı və alınması üçün münasib təkliflır tapa bilərlər: tamamilə ustidmardan çıxarılan, qaçırıldlqdan sonra tapılan, kuzinqə verilən, yeni modelləri və qəzaya düşənləri yeniləri ilə dəyişdirmək üçün təslim edilən.
Bizim auksion sxemimiz (internet vasitəsilə və etibarnamə vasitəsilə canlı olaraq həyata keçirilir) müəyyən edilmiş müştəri bazası və müxtəlif lotlar ilə birlikdə iştirakçılara hər satışdan rekord gəlir gətirir. Bu sahədə 25 ildən artıq təcrübəmizlə biz istismardan çıxarılan nəqliyyat vasitələrinin hərraclarına dair ən əhatəli məlumatları toplamışıq.
1982-ci ildə qurulduğumuzdan bəri biz alıcılar üçün ən münasib qiymətlərə və satıcılar üçün mənfəətə zəmanət verən avtomobillərin bərpası auksionlarında lider olmuşuq.
Təkcə ABŞ-da hər il 3,5 milyon avtomobil istismardan çıxarılır. 1997-ci ildən bu rəqəm əhəmiyyətli dərəcədə artıb. Bu əsasən istehsal modifikasiyası və təkmilləşdirilməsi və əsasən yeni təhlükəsizlik yastıqlarının tətbiqi hesabına baş verib.
Çoxsaylı satıcılarla (sığortaçılar, dilerlər, avtomobil icarəsi və lizinq şirkətləri) birlikdə IAA istismardan çıxarılmış avtomobillərin satışının səmərəliliyini artırmaq üçün çalışır. Geniş auksion şəbəkəmiz və birləşmiş auksion sxemimiz sayəsində avtomobillər daha sərfəli qiymətlərlə satılır.
İnsurance Auto Auctions (Avto Sığorta Auksionları) nə təqdim edir?
Insurance Auto Auctions, Inc-in üstünlükləri (IAA) o, "canlı iştirak" və "canlı onlayn" auksionları birləşdirən hibrid modeli altında qəzaya düşmüş və yenidən bərpa edilmiş avtomobillərin auksionunu keçirir, Şimali Amerikada bərpa edilmiş avtomobillər üçün ən böyük auksion sahələrinə sahibdir və geniş çeşiddə avadanlıqlar, həmçinin yüksək keyfiyyətli müştəri xidmət təklif edir. ABŞ və Kanadada IAA-ya məxsus 150-dən çox salonda avtomobil təchizatçılarına və alıcılarına sığirtaya düşüb bərpa olunmayan, qaçırıldıqdan sonra geri qaytarılan, avtoparklara məxsus, bağışlanmış və icarəyə götürülmüş avtomobillərin satışı üçün effektiv həllər təqdim edir.